Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün daha bir 1/4 final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Sidneydəki "Avstraliya" stadionunda İngiltərə və Kolumbiya milliləri üz-üzə gəliblər.
Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksələn Britaniya təmsilçisi finala vəsiqə uğrunda matçda meydan sahibi Avstraliya ilə qarşılaşacaq.
12 avqust
Qadınlar arasında DÇ-2023
İngiltərə - Kolumbiya 2:1
Qollar: Loren Hemp, 45+7. Alessiya Russo, 63 - Leysi Santos, 44.
Qeyd edək ki, iyulun 20-də başlayan mundiala Avstraliya və Yeni Zelandiya ev sahibliyi edir. Turnirin final qarşılaşması avqustun 20-də baş tutacaq. Qadınlar arasında son dünya çempionatının qalibi ABŞ yığmasıdır.
Nihat