Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" Tailand çempionatında mövsümün ilk matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı azərbaycanlı forvardın komandası səfərdə "Khonken Yunayted"lə qolsuz heç-heçə edib.
Oyuna start "11-lik"də başlayan Ramil sonadək meydanda olub.
Qeyd edək ki, Şeydayev ötən mövsümün sonunda "Qarabağ"dan azad agent qismində ayrılaraq "Buriram Yunayted"ə qoşulub.
Nihat