Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin yeni komandası - “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda “Rux”u qəbul edib və 0:1 hesabıyla uduzub.
Emil də bu görüşün iştirakçısı olub. O, matçın start heyətində meydana çıxmaqla yeni komandasında ilk rəsmi matçını keçirib. Mustafayev fasilədə əvəzlənib.
3 turdan sonra “Polesye” 3 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.