PSJ-nin əsas heyətindən kənarlaşdırılan ulduz hücumçu Kilian Mbappe Fransa nəhəngi ilə yeni müqavilə imzalaya bilər.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Andres Ramos sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Mənbənin məlumatına görə, son vaxtlar futbolçu ilə rəhbərlik arasında münasibətlər yaxşılaşıb. Çox güman ki, tərəflər yenidən danışıqlar masası arxasına əyləşərək yeni sövdələşmə barədə razılığa gələcəklər.
Bir müddət əvvəl Kilian parislilərlə 2024-cü ildə başa çatacaq müqaviləni yeniləmək istəmədiyini açıqlayıb. Bundan sonra PSJ onu satmaq qərarına gəlib. Mbappenin transferinə real namizəd "Real Madrid"dir.
Mirağa