"Real Madrid" "Valensiya"nın gürcü qapıçısı Giorgi Mamardaşvilini transfer etməyə cəhd etsə də, rədd cavabı alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Deportes COPE Valencia" yayıb.
Mənbənin məlumatına görə, "kral klubu" qapıçıya 25 milyona sərbəstqalma məbləği ilə icarəsi üçün 5 milyon avro təklif edib. Lakin bu variant “yarasalar”ı qane etməyib və onlar bundan imtina etdilər.
Qeyd edək ki, "Real Madrid" Tibo Kurtuanın zədəsi səbəbindən özünə yeni qapıçı axtarır. Belçikalının dizinin çarpaz bağları zədələnib.
Ötən mövsüm Giorgi Mamardaşvili La Liqada 38 oyun keçirib və 45 qol buraxıb.
Mirağa