"Tottenhem"in cinah oyunçusu Son Xın Min komandanın yeni kapitanı olub.
Fanat.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Vitse-kapitanlar müdafiəçi Kristian Romero və yarımmüdafiəçi Ceyms Meddison seçilib.
Qeyd edək ki, buna qədər “Tottenhem”in kapitanları qapıçı Huqo Lyoris və hücumçu Harri Keyn olub. İngilis futbolçu artıq London klubunu tərk edib, fransız isə komandadan getməyə hazırlaşır.
Mirağa