“Sabah”dan ayrılmağa qərar verən almaniyalı hücumçu Coy Lens Mikelsin agenti İşık Mehdi sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, o, hava limanından və Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubunun ofisindən şəkillər paylaşıb.
Bu isə Coy Lens Mikelsin ən qısa zamanda məhz bu kluba keçəcəyindən xəbər verir. Böyük ehtimalla “Əl-Faysal” elə sabah “Sabah”ın hücumçusunu transfer etdiyini açıqlayacaq.
Xatırladaq ki, Coy Lens Mikels “Sabah” rəhbərliyinin istəmədiyi halda paytaxt klubundan ayrılmağa qərar verib. O, hətta Avropa Konfrans Liqasında Serbiya “Partizan”ı ilə ev oyununda iştirakdan da boyun qaçırmışdı.