"Olimpik Marsel" klubunun yarımmüdafiəçisi Çingiz Ünder karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Fənərbağça" 26 yaşlı futbolçu ilə müqavilə imzalayıb.
Klubun rəsmi saytının yaydığı məlumatda müqavilənin 4 il müddətinə nəzərdə tutulduğu bildirilib.
Türkiyə millisinin futbolçusu 2021-ci ilin yayında “Roma”dan icarə əsasında “Olimpik Marsel”ə keçib və bir ildən sonra Fransa klubu onu 8,4 milyon avroya alıb.
Çingiz Ünder Fransa klubunda 93 oyuna çıxıb, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Türkiyə millisində 49 oyun keçirib və 16 qol vurub.
Mirağa