"Lill"in baş məşqçisi Paulu Fonseka "Benfika" və "Braqa"nı Rusiya klublarına futbolçu satmamağa çağırıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək həmyerlilərinə "Sassuolo"nu nümunə göstərib:
“Bir həftədir oxuyuram ki, “Benfika” və mənim sevimli "Braqa"m Şikinyo və Tormenanı Rusiya klublarına satmaq imkanını nəzərdən keçirir. İlk günlərdən Ukraynaya kömək edən “Benfika” və böyük ürəkli simpatik insanların rəhbərlik etdiyi “Braqa”, mən buna inanmaq istəmirəm. Mən bunun qəti əleyhinəyəm.
İki həftə əvvəl Rusiya klubu "Sassulo"nun sol cinah müdafiəçisi Roceri almağa çalışıb. İtaliya klubu etik mülahizələrə görə danışıqlara getməkdən imtina edib. "Benfika"nı və "Braqa"nı İtaliya klubundan nümunə götürməyə çağırıram".
Qeyd edək ki, Fonseka 2016-2019-cu illərdə "Şaxtyor"u çalışdırıb.
Mirağa