"Arsenal"ın hücumçusu Folarin Baloqun karyerasını "Tottenhem"də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, hotspurlular 22 yaşlı amerikalı futbolçunu "Bayern Münhen"əə keçən Harri Keynin əvəzləyicisi kimi nəzərdən keçirir.
Folarin 2022/23 mövsümünü icarə əsasında "Reyms"də keçirib. Hücumçu Liqa 1-də 37 oyuna çıxıb və 21 qol vurub.
Mirağa