Ötən mövsümü icarə əsasında "Sabah"da keçirən Aleksey Kaşuk məxsus olduğu Ukrayna "Şaxtyor"unun saytına müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan və Ukrayna liqalarını müqayisə edib :
"Hər liqanın özünəməxsus xüsusiyyətləri var. Azərbaycanda komandalar daha çox topla oynayırlar. Orada hücum futbolu sərgiləyən, irəli atılmağı xoşlayan yaxşı komandalar var. Ancaq Ukrayna Premyer Liqası Azərbaycan çempionatından daha güclüdür. Uzun müddətdir ki, burada oynamıram. Ona görə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm".
Qeyd edək ki, Kaşuk “Sabah” forması ilə çıxdığı 41 oyunda 18 qol vurub.
Nahid Məmmədov