İtaliya millisinin baş məşqçi postuna əsas namizədin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, bu, ötən mövsümün sonunda "Napoli"dən ayrılan Luçano Spallettidir. Mənbə İtaliya Futbol Federasiyasının Spalletti ilə müqavilə bağalamaq üçün onun sabiq klubuna 3,2 milyon avro təzminat ödəməli olduğunu, lakin qurumun bu məbləği vermək istəmədiyini vurğulayıb. Tərəflərin sabah görüşərək ortaq məxrəcə gəlməyə çalışacaqları bildirilib.
Xatırladaq ki, daha öncə İtaliyaya Avropa çempionluğunu qazandıran Roberto Mançini iş yerini tərk edib.
Nihat