"Napoli"nin yarımmüdafiəçisi Pyotr Zelinski karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Neapol təmsilçisi Zelinskiyə elçi düşən "Əl-Əhli" ilə razılığa gəlib. Mənbə ərəblərin İtaliya klubuna 32 milyon avro ödəyəcəyini və Pyotrun müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcəyini vurğulayıb.
Ötən mövsüm "Napoli" forması ilə bütün turnirlərdə 48 matça çıxan polşalı futbolçu 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat