İtaliya Futbol Federasiyası Roberto Mançininin gedişindən sonra milli komandaya yeni baş məşqçi axtarışına başlayıb.
Fanat.Az xəbər verir ki, namizədlərin siyahısında 5 mütəxəssisin adı var.
Məlumatı “Ansa” yayıb. Qəzetin yazdığına görə, bu vəzifəyə əsas namizədlər Antonio Konte və Luçano Spalettidir. İtaliya Futbol Federasiyasının qısa siyahısına Daniele De Rossi, Fabio Kannavaro və Massimiliano Alleqri də daxildir.
Favoritlərə gəlincə, hər iki mütəxəssis indi sərbəstdir. Bununla belə, Spalletti müqavilənin vaxtından əvvəl ləğv edilməsi şərtlərinə görə "Napoli"yə təzminat ödəməli olacaq.
Mirağa