"Mançester Siti"nin müdafiəçisi Joau Kanselu karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, portuqaliyalı futbolçuya elçi düşən "Barselona" "şəhərlilər"lə razılığa gəlmək üzrədir. Mənbə Kataloniya klubunun Kanselunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə bir mövsümlük icarəyə götürəcəyini vurğulayıb.
Daha öncə İspaniya mətbuatında "blauqrana"nın çalışdırıcısı Xavinin sözügedən oyunçunun heyətə cəlb edilməsini əsas hədəf saydığı barədə məlumatlar dərc edilmişdi.
Xatırladaq ki, Kanselu ötən mövsümün ikinci yarısını icarə əsasında "Bayern Münhen"də keçirərək Almaniya çempionu olub. "Transfermarkt" portalı Joaunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat