İngiltərə Premyer Liqasının açılış turu çərçivəsində Londonun "Çelsi" klubu doğma stadionu "Stemford Bric"də "Liverpul"la qollu (1:1) heç-heçəyə razılaşıb.
Fanat.Az xəbər verir ki, “zadəganlar” 5 ildir doğma arenada keçirdiyi çempionat görüşlərində prinsipial rəqibinə qalib gələ bilmir.
London təmsilçisi sonuncu dəfə 2017/2018 mövsümündə Premyer Liqada mersisaydlıları məğlub edib. Bundan sonra "Çelsi" "Stemford Bric"də iki məğlubiyyətlə üzləşib, qalan 4 oyunda isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, növbəti oyunda “Çelsi” səfərdə “Vest Hem”lə qarşılaşacaq, “Liverpul” isə doğma stadionunda “Bornmut”u qəbul edəcək.
Mirağa