"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın müdafiəçisi Harri Maquayrdan danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" niderlandlı mütəxəssisin 30 yaşlı Harri barədə dediyini belə çatdırıb:
"O, komanda üçün mübarizə aparmaq baxımından özünə yetərincə inanmırsa, getməlidir".
Daha öncə Maquayrın "Vest Hem"lə razılığa gəldiyi və "çəkicdöyənlər"in bu transfer üçün MY-yə 30 milyon avro ödəyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Qeyd edək ki, ötən mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 31 matça çıxan Harri məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat