İspaniya La Liqasının 1-ci turu çərçivəsində dünən keçirilən "Xetafe" - "Barselona" matçı tarixə düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "OptaJose" yayıb.
2007/2008 mövsümündən sözügedən ölkənin elit çempionatının statistikasına diqqət ayıran mənbə 115 dəqiqə 54 saniyə davam edən qarşılaşmanın La Liqa tarixinin ən uzun oyunu olduğunu açıqlayıb.
Xatırladaq ki, "Xetafe"nin meydanında baş tutan oyun qolsuz bərabərliklə başa çatıb.
Nihat