Moskva "Dinamo"sunun və gürvüstan millisinin 21 yaşlı müdafiəçisi Saba Sazonov karyerasını İstanbul nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" qəzeti yayıb.
Məlumata görə, Sazonovun xidmətində maraqlı olan "Beşiktaş"ın vitse-prezidenti Serhan Çetinsaya "Dinamo" ilə danışıq aparmaq üçün Moskvaya yollanıb.
Sabanın "ağ-mavilər"lə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Cari mövsüm paytaxt təmsilçisinin forması ilə bütün turnirlərdə 3 matça çıxan arxa xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat