İnanılmaz müqavilə ilə Səudiyyə Ərəbistanı millisinin sükanı arxasına keçəcəyi gözlənilən Roberto Mançininin İtaliya yığmasından ayrılma səbəbi məlum olub.
Fanat.Az xəbər verir ki, Mançininin anası Marianna İtaliyanın "ITASportPress" xəbər agentliyinə açıqlamasında oğlunun istefasının pul ilə bağlı deyil, başqa səbəbinin olduğunu deyib:
"Roberto yaxın dostu və İtaliya millisindəki köməkçisi Canluka Viallinin faciəvi ölümünün öhdəsindən gələ bilmədi. Xəbər məni də təəccübləndirdi. Qardaşım qızı televiziyada xəbəri görüb bunu mənə dedi. Robertoyla mən heç vaxt iş haqqında danışmırıq. Amma onun böyük ürəyi var. O, Canluca Viallinin itkisindən sonra heç cür özünə gələ bilmədi. Vialli onun üçün çox vacib sima idi".
Qeyd edək ki, "Yuventus"un, "Çelsi"nin və İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli bu ilin əvvəlində, 58 yaşında mədə xərçəngindən dünyasını dəyişib.
Mirağa