“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis Super Liqanın I turunda “Fatih Karagümrük”ə 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib: “Neftçi” və “Pendikspor”a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm. Bütün futbolçuların eyni fikirdə olduğunu düşünürəm.
Raşid Gezzalın durumuna gəlincə, o, getdikcə yaxşılaşır, artıq fərdi məşqlərə başlayıb”.
Qeyd edək ki, “Beşiktaş” - “Neftçi” oyunu avqustun 17-də keçiriləcək. Bakıdakı ilk görüşdə Türkiyə klubu 3:1 hesablı qələbə qazanıb.