PSJ braziliyalı hücumçu Neymara əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə yaxın olan 31 yaşlı cənubi amerikalını Turin "Yuventus"unun cinah hücumçusu Federiko Kyeza əvəz edə bilər. "Qoca sinyora" Paris nəhənginin diqqət mərkəzinə düşən futbolçu üçün 50-60 milyon avroluq təklifə "hə" deyəcək.
Federikonun İtaliya nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır.
Kyeza İtaliya çempionatının son mövsümündə Turin təmsilçisinin heyətində 21 oyun keçirib. Hücumçu iki qol vurub, beş məhsuldar ötürmə edib.
Mirağa