Ötən həftə “Sabah”dan ayrılan almaniyalı hücumçu Coy-Lens Mikelsin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna keçib.
Səudiyyə Ərəbistanı klubu artıq futbolçunun keçidini rəsmən elan edib. İmzalanma mərasimi "Əl-Faysal"ın idarə heyətinin rəhbəri Əbdül Məcid bin Əbdüləziz Əl-Aiminin iştirakı ilə baş tutub.
Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, bakılıların heyətində meydana çıxdığı 69 oyunda 33 qola imza atıb.
Mirağa