"Qalatasaray"ın hücumçusu Nikolo Dzaniolonun "Aston Villa"da tibbi müayinədən keçmək üçün İngiltərəyə nə vaxt gedəcəyi məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano məlumat çatdırıb.
Xəbərə görə, italyan oyunçu 16 iyulda, çərşənbə günü prosedurdan keçəcək.
"Aston Villa" Dzanyolonu sonradan satın alma hüququ ilə icarəyə götürmək üçün razılaşma əldə edib. Satış məbləği bonuslar da daxil olmaqla, 30 milyon avro ola bilər.
Qeyd edək ki, Dzanyolo "Qalatasaray"a bu ilin fevralında "Roma"dan transfer olunub. Onun İstanbul təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Mirağa