"Liverpul"un hücumçusu Mohamed Salah bu yay Səudiyyə Ərəbistanı klubuna keçmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Alkass" yayıb.
Xəbərə görə, misirli ulduz adı açıqlanmayan klubun rəhbərliyinə iş yerini dəyişmək istədiyini və bunun üçün "Liverpul"la danışıq aparmalı olduqlarını deyib.
31 yaşlı Salahın İngiltərə təmsilçisindəki sabiq komanda yoldaşları - Sadio Mane və Roberto Firmino artıq Səudiyyə Ərəbistanı klubları ilə müqavilə bağlayıblar. Mane "Əl-Nəsr"in, Firmino "Əl-Əhli"nin futbolçusudur.
Salahın mersisaydlılarla müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Nihat