Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün ilk yarımfinal oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Yeni Zelandiyanın Oklend şəhərindəki "Eden Park" stadionunda İspaniya və isveç milliləri üz-üzə gəliblər.
Hesabı matçın 81-ci dəqiqəsində ispanlar açıblar. Skandinaviya təmsilçisinin qapısına Salma Paralyuelo yol tapıb. Yeddi dəqiqə sonra Rebeka Blomkvist tarazlığı bərba etsə də, matçın sonlarında İspaniya seçməsi qələbə qolunu vurub. Oyunda son nöqtəni Olqa Karmona qoyub. Beləliklə, 2:1 hesablı qələbə qazanan İspaniya tarixində ilk dəfə mundialın finalına yüksəlib.
Xatırladaq ki, qadınlar arasında DÇ-2023 Avstraliya və yeni Zelandiyada keçirilir. İyulun 20-də start götürən mundial avqustun 20-dək davam edəcək.
Nihat