Səudiyyə Ərəbistanı klublarının adlı-sanlı dünya ulduzlarını heyətlərinə cəlb etmələri futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardandır. Son olaraq "Əl-Hilal" PSJ-nin və Braziliya millisinin superulduzu Neymarı rənglərinə bağladı.
Fanat.Az Səudiyyə Ərəbistanına yollanan ulduzların siyahısını tədim edir:
"Əl-Əhli": Eduard Mendi, Frank Kessye, Riad Mahrez, Roberto Firmino
"Əl-İttihad": Nqolo Kante, Fabinyo, Kərim Benzema
"Əl-Nəsr": Kriştianu Ronaldu, David Ospina, Aleks Telles, Seko Fofana, Marselo Brozoviç, Taliska, Sadio Mane
"Əl-Hilal": Malkom, Neymar, Kalidu Kulibali, Segey Milinkoviç - Saviç
"Əl-İttifaq": Cordan Henderson, Musa Dembele, Berat Özdemir.
Nahid Məmmədov