"Çelsi"nin yarımmüdafiəçisi Hakim Zieş karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, London klubu artıq Zieşə elçi düşən "Qalatasaray"la razılığa gəlib. Mənbə mərakeşli oyunçunun tibbi müayinədən keçəcəyini və dizində xroniki zədə aşkarlanmayacağı halda, İstanbul nəhəngi ilə müqavilə bağlayacağını açıqlayıb.
Qeyd edək ki, ötən mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 24 oyuna çıxan 30 yaşlı Hakim 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat