Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün növbəti yarımfinal matçı keçirilib.
Fanat.Az xəbər verir ki, Sidneydəki "Avstraliya" stadionunda meydan sahibi Avstraliya İngiltərə yığması ilə üz-üzə gəlib.
Oyun ingilislərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Britaniya təmsilçisi finalda İspaniya seçməsi ilə qarşılaşacaq. Həlledici matç avqustun 20-də keçiriləcək.
Qadınlar arasında DÇ-2023
Avstraliya - İngiltərə 1:3
Qollar: Sem Kerr, 63 - Ella Tun, 36. Loren Hemp, 71. Alessiya Russo, 86