"Barselona"nın sabiq yarımmüdafiəçisi Dekuya Kataloniya təmsilçisində vəzifə verilib.
Fanat.Az-ın "blauqrana"nın mətbuat xidmətinə istinadən məlumatına görə, Braziliya əsilli portuqaliyalı idman direktoru təyin olunub.
Xəbərə görə, 45 yaşlı Deku baş məşqçi Xavi və skautlarla birlikdə yeni futbolçular axtaracaq.
Qeyd edək ki, "Barselona"nın indiki idman direktoru Mateu Alemani sentyabrın 2-də iş yerini tərk edəcək. Həmin vaxta qədər Deku və Alemani birlikdə çalışacaqlar.
Nihat