Mərakeş millisinin və "Sevilya"nın qapıçısı Yassin Bono karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Bonoya elçi düşən "Əl-Hilal"la Əndəlüs təmsilçisi artıq razılığa gəliblər. İspaniya klubuna bu transfer üçün 20 milyon avro ödəniləcəyi bildirilib. Mənbə Yassinin müddəti 2028-ci ildə başa çatacaq müqaviləyə qol çəkəcəyini və hər mövsüm üçün 10 milyon avro maaş alacağını vurğulayıb.
Qeyd edək ki, Bono ötən mövsüm "Sevilya" forması ilə 36 matça çıxıb.
Nihat