"Bayern Münhen"in müdafiəçisi Benjamen Pavar karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 27 yaşlı Pavarın xidmətində Milan "İnter"i maraqlıdır və tərəflər yaxın günlərdə danışıqlara başlayacaqlar.
Daha öncə Pavarın "Mançester Yunayted"ə keçəcəyi bildirilsə də, "qırmızı şeytanlar"ın müdafiəçisi Harri Maquayr "Vest Hem"in təklifini rədd edərək komandada qaldığı üçün bu transfer baş tutmamışdı.
Qeyd edək ki, Benjamen 2019-cu ildən "Bayern"də çıxış edir.
Nihat