2022/2023 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin kimliyi bəllidir.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda üç oyunçu var.
Bunlar Erlinq Holand, Kevin De Bröyne (hər ikisi "Mançester Siti") və Lionel Messidir ("İnter Mayami").
Qeyd edək ki, qaliblər avqustun 31-də açıqlanacaq.