"Qarabağ" Azərbaycana UEFA-nın əmsallar cədvəlində növbəti xalları qazandırıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bunu Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə reallaşdırıb.
Beləliklə, Azərbaycanın cari mövsümdəki əmsalları 2,250-yə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə yüksələn ölkəmiz sıralamada 29-cu yerdədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.
"Sabah" əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada "Partizan"a uduzub - 4:5. "Neftçi" isə Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə məğlub olub.