"Ştutqart"ın yarımmüdafiəçisi Vataru Endo İngiltərənin "Liverpul"una keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano
yayıb.
Onun məlumatına görə, yaponiyalı yarımmüdafiəçi yeni klubu üçün artıq tibbi müayinədən keçib. Futbolçu tezliklə Premyer Liqa klubuna qoşulacaq. Müqavilənin bonuslar nəzərə alınmasa, 18 milyon avro dəyərində olduğu bildirilir.
Xatırladaq ki, 30 yaşlı müdafiəçi 2019-cu ildən “Ştutqart”da çıxış edir. O, ötən mövsüm bütün yarışlarda 40 oyun keçirib.
Mirağa