"Qızıl top"un beşqat qalibi Kriştianu Ronaldu "Real Madrid"də keçmiş komanda yoldaşı olan Serxio Ramosun "bostanına daş atıb".
Fanat.Az xəbər verir li, portuqaliyalı ulduz sosial şəbəkədə ispan futbolçu ilə zarafat edib.
Belə ki, Ramos 60 milyon izləyiciyə çatdıqdan sonra bütün azarkeşlərə təşəkkür edib. Ronaldu isə onun paylaşımına belə şərh yazın: "Mənə çatmaq üçün daha bir sıfır lazımdır".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun "İnstagram"da 600 milyon izləyicisi var. O, "Instagram"da bu həddə çatan ilk şəxs olub.
Mirağa