“İnter”dən ayrılacaq daha bir futbolçunun kimliyi bəllidi. Fanat.az xəbər verir ki, bank təmsilçisi 36 yaşlı yarımmüdafiəçi Aleksandr İaşvili ilə yeni müqavilə imzalamayacaq
İaşvili Gürcüstan Futbol Federasiyasında keçiriləcək prezident seçkilərinə qatılmaq arzusundadı.
Xatırladaq ki, bundan öncə İvo Toborski, Asif Mirili, Elhad Nəziri və Samir Zərgərovla yolları ayırıb. Cari mövsüm Premyer Liqanın gümüş medallarına sahib çıxan “ağ-göylər”in ilk transferi isə “Sumqayıt”lı Mirzağa Hüseynpurdu.
Fanat.az