"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu yeni futbolçu transfer edib.
Fanat.Az Lyublyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya "Kaza Piya"sından Dioqu Pintu heyətə cəlb olunub.
24 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Portuqaliyalı 2019/2020 mövsümündə "Benfika"nın əvəzedici komandasında çıxış edib.
Qeyd edək ki, "Qarabağ" "Olimpiya"ya qarşı ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.