Rusiya təmsilçisi "Zenit" "Benfika"ya David Neres üçün rəsmi təklif göndərib.
Fanat.Az "Record"a istinadən xəbər verir ki, ruslar Portuqaliya klubunun qapısını 30 milyonavro və daha 5 milyon avro məbləğində bonusla döysələr də, rədd cavabı alıblar.
"Benfika" rəhbərliyi bu şərtlərin onları qane etmədiyini bildirərək daha yüksək ödəniş tələb ediblər.
26 yaşlı Neresin Lissabon təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nihat