"Barselona" qapıçı Mark-Andre ter Ştegenlə bağlı yekun qərarını verib.
Fanat.Az-ın "Marca"ya istinadən məlumatına görə, bir neçə həftə davam edən danışıqlardan sonra tərəflər yeni müqavilə ilə bağlı razılığa gəlib.
Almaniya millisinin qapıçısının 2028-ci ilə qədər nəzərdə tutlan müqaviləyə imza atacağı bildirilib. Ter Ştegenin yeni sözləşməyə əsasən, ilk iki ildə əvvəlkindən az maaş alacağı və buna klubun maliyyə vəziyyəti ilə əlaqədar razılıq verdiyi vurğulanıb.
Qeyd edək ki, 31 yaşlı "çərçivə" qoruyucusu 2014-cü ildən "Barselona"dadır.
Nihat