Qadınlar arasında futbol üzər dünya çempionatında - DÇ-2023-də 3-cü yerin sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bürünc medallar uğrunda oyunda İsveç və Avstraliya yığmaları qarşılaşıblar.
Görüş Skandinaviya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsveçin qollarına 30-cu dəqiqədə penaltidən Fridolina Rolfo, 62-ci dəqiqədə Kosovare Asllani imza atıb.
Qeyd edək ki, finalda İspaniya və İngiltərə seçmələri üz-üzə gələcək. Həlledici matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.