Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovski karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçilərindən olan "Cenoa" onu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə "Olimpik Marsel"dən bir mövsümlük icarəyə götürüb.
Məlumatı Genuya klubunun rəsmi saytı ayıb.
Qeyd edək ki, "Olimpik Marsel" 30 yaşlı Ruslanı 10 milyon avro qarşılığında bu yay "Atalanta"dan almışdı.
Nihat