"Mançester Siti"nin müdafiəçisi Koul Palmer karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az "Sport1"ə istinadən xəbər verir ki, Palmerin xidmətində Dortmund "Borussiya"sı maraqlıdır.
Mənbə Palmerin qiymətinin (35 milyon avro) Almaniya klubunun ürəyincə olmadığını, lakin Bundesliqa təmsilçisinin Tom Mönye və Torqan Hazar kimi futbolçularını satacağı halda, bu keçidi reallaşdıra biləcəyini vurğulayıb.
Qeyd edək ki, 21 yaşlı ingilis hücumçu bir neçə gün öncə Afinada keçirilən UEFA Superkuboku uğrunda matçda "Sevilya"nın qapısına (1:1) yol tapıb. Palmer oyunsonrası penaltilər yerinə yetirələrkən (5:4) şansını boşa verməyərək komandasının titula sahib çıxamsına yardımçı olub. Koul həmin qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.
Nihat