"Tottenhem"in qapıçısı Uqo Lyoris "Latsio"ya keçməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı " L’Equipe" yayıb.
Xəbərə görə, Fransa millisinin sabiq kapitanı Çempionlar Liqasında çıxış edəcək Roma klubu ona əsas qolkiper gözü ilə baxmadığı üçün iş yerini dəyişmək istəməyib.
Qeyd edək ki, 36 yaşlı Lyorisin "Tottenhem"lə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Nihat