"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin "qırmızı şeytanlar"ın İngiltərə çempionatının 2-ci turunda "Tottenhem"ə məğlub olmasını şərh edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"Mançester Yunayted" yeni "Tottenhem"dir. Üzücüdür, çox üzücüdür. Komandanın səfərdə oynaya bilməməsi daha acınacaqlıdır. "Tottenhem" yaxşı kollektivdir. Onlar öz azarkeşləri önündə oynamağı sevirlər. MY ikinci yarıda zəif idi. Meydanda liderlərinin olmadığı sezildi, iki pis qol buraxdılar. Hotspur təmsilçisi isə əla futbol sərgilədi. Onlar qələbə layiq idilər. MY-yə qarşı oynamaq asandır. Oyundan öncə demişdim ki, MY "Vulverhempton"a qarşı pis oynasa da, nəticə qazanıb və bu gün yaxşı futbol sərgiləyəcək. Ancaq elə olmadı. "Qırmızı şeytanlar" matçın ilk 30 dəqiqəsində normal təsir bağışladılar. Oyun isə 90 dəqiqədir".
Nihat