Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Portu”nun braziliyalı yarımmüdafiəçisi Otavionu transfer etməyə yaxındır.
Fanat.Az bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun məlumatına görə, transferin məbləği 60 milyon avro olacaq. Belədə Otavio "Portu" tarixinin ən bahalı satışı ola bilər. Rekord hazırda 2019-cu ilin yayında 50 milyon avroya "Real Madrid"ə keçən müdafiəçi Eder Militaoya məxsusdur.
Xatırladaq ki, Kriştianu Ronaldu, Marselo Brozoviç, Sadio Mane və Aleks Telles kimi ulduz futbolçular artıq “Əl-Nəsr”də çıxış edir.
Mirağa