Fransanın əfsanəvi futbolçusu Tyerri Anrinin yeni iş yeri məlum olub.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin olunub.
Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Anri ilə 2 illik müqavilə imzalanıb. Onun qarşısına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğur qazanmaq tapşırığı qoyulub.
Tyerri Anri bundan əvvəl Belçika yığmasında və “Monako”da çalışıb.
Mirağa