İtaliya Dövlət Şurası "Yuventus"un tituldan məhrum edilməsi ilə bağlı Futbol Federasiyasına (FIGC), Olimpiya Komitəsinə (CONI) və "İnter"ə etdiyi müraciəti rədd edib.
Fanat.Az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, məhkəmənin qərarı qətidir.
Beləliklə, "Yuventus" daha apellyasiya şikayəti verə bilməyəcək.
Xatırladaq ki, 2005/2006 mövsümündə "Yuventus" danışılmış oyunlarında iştirakda ittiham olunub. Komanda Skudettonu qazansa da, komanda liqa titulundan məhrum edilərək B Seriyasına göndərilib və kubok “İnter”ə verilib.
Mirağa