Sloveniya çempionu "Olimpiya" Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyi pley- off oyunları üçün iştirak ərizəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Joao Enrike UEFA-ya təqdim edilən heyətdə 25 futbolçuya yer verib.
Lyublyana təmsilçisinin iştirak ərizəsində 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 8 hücumçu var:
Qapıçılar: 22. Denis Pintol, 31. Jan Mauritsio, 69. Matevj Vidovşek;
Müdafiəçilər: 2. Jorj Silva, 3. David Sualehe, 6. Mateo Karamatik, 8. Yustas Lasickas, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 27. Paskal Estrada, 43. Alyaj Krefl;
Yarımmüdafiəçilər: 11. Saar Fedida, 19. Svit Seşlar, 21. İvan Posavec, 26. Vall Yankovic, 33. Nemanya Qavriç, 34. Aqustin Doffo;
Hücumçular: 9. Mustafa Nukiç, 10. Timi Elşnik, 17. Admir Bristriç, 20. Nemanya Motika, 23. Diogo Pinto, 37. Pedro Lukas, 77. Aldin Yakupoviç, 99. Rui Pedro.
Qeyd edək ki, "Olimpiya" ilə "Qarabağ" arasındakı ilk qarşılaşma avqustun 24-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək. Bu komandaların cavab qarşılaşması isə ayın 31-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.