UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ” ilk oyun üçün Sloveniyaya yollanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.
Ağdamlılar bu gün Bakı vaxtı ilə saat 21:30-da görüşün keçiriləcəyi “Stojitse” stadionunda son məşqə çıxacaqlar. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.